Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib

10 dekabr 2016 | 16:00

10 dekabr 2016-cı il tarixdə Rayon  Mərkəzi  Xəstəxanasının akt zalında         “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda  tədbir  keçirilib.  İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov tədbiri giriş  sözü  ilə  açaraq  Azərbaycan səhiyyəsinin     uğurlarının  Heydər Əliyevin  adı  ilə  bağlı  olduğunu  qeyd edib. Bildirilib ki, ulu öndər dünyanın nadir, fərqli siyasətçisi olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada sözü keçərli, nüfuzu qəbul edilən lider kimi tanınıb. Onun siyasətinin milli maraqlar üzərində qurulduğunu qeyd edən  RİH-nin baş məsləhətçisi Nəsimi Teymurov Ümumilli lider Heydər Əliyevin səhiyyə sahəsində apardığı uğurlu siyasətindən danışıb. Digər çıxışçılar - İsrail İsmayılov, Murad Həbibov, Şahmurad Şirəliyev də bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Azərbaycan ümummilli liderin siyasəti ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan  nəticələr  xalqın  sabaha olan inamını  artırır.

Keçidlər