Konfrans keçirildi, qurultaya nümayəndələr seçildi
6 min nəfərdən çox üzvü olan Yeni Azərbaycan Partiyası rayon təşkilatının VIII konfransının davamı olmuşdur. Konfransda Milli Məclisin deputatı, aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü Eldar İbrahimov çıxış edərək partiyanın hər bir üzvünün qarşısında duran vəzifələrdən, İsmayıllıda son 2 ay yarımda gedən geniş miqyaslı işlərdən, ismayıllıların Heydər Əliyev ideyalarına, dövlətçiliyə möhkəm bağlılığından danışmışdır. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin təntənələrini yaşamaqda davam etdiyimiz zamanda Eldar İbrahimov ulu öndərin şahidi olduğu fədakarlıqlarından xilasımız uğurunda mübarizə yollarından danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı, YAP-ın yarandığı illərdən üzvü olan, Heydər Əliyev iqtisadi idarəetmə məktəbini təsis etmiş Mirdaməd Sadıqov YAP rayon təşkilatının fəaliyyəti üçün daha optimal, daha səmərəli yollardan danışmış, rayonun inkişaf perspektivlərini nəzərdə tutulmuş layihələr əsasında şərh etmişdir. O, qətiyyətlə bildirmişdir ki, İsmayıllı əhalisi həmişə olduğu kimi Heydər Əliyev ideyalarına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf, yüksəliş strategiyasına sadiq olduqlarını əməli fəaliyyətləri ilə bir daha sübut edəcəkdir.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilən Ərəstun Cavadov da çıxışında İsmayıllılara ən xoş arzularını bildirmiş, rayona yüksəliş, insanlara yüksək rifah, seçkilərdə böyük uğurlar arzulamışdır.
YAP-ın növbəti qurultayına nümayəndələr seçilmişdir.
Bununla da konfrans öz işini başa çatdırmışdır.