Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi İsmayıllıda tədbir keçirib.

20 dekabr 2016 | 16:00

“Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 20 dekabr 2016-cı il tarixdə İsmayıllı rayonunda “Açıq hökumətin təşviqində ASAN idarəçilik” mövzusunda tədbir keçirib.
Tədbirin əsas mahiyyətini Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizimlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi təşkil edib.
Yüzə yaxın dinləyicinin iştirak etdiyi və Heydər Əliyev  Mərkəzinin məkan seçildiyi tədbiri giriş sözü ilə “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev açıb. O, Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına dair təşəbbüslərdə ASAN idarəçiliyin təbliği layihəsinin əsas mahiyyəti barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiklərinə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu gün İsmayıllıda tam şəffaf bir mühit hökm sürür.
2017-ci ildən İsmayıllı tam özünümaliyyələşdirməyə keçəcəkdir. Rayon rəhbəri şəffaflığın təmin edilməsi ilə yanaşı yeni iş yerlərinin yaradılması, rayonda sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü qeyd edib.
Tədbirdə korrupsiyaya qarşı mübarizə ilə bağlı mövcud qanunvericiliyin təbliği, mübarizə tədbirlərinin optimallaşdırılması barədə maarifləndirmə söhbətləri aparılıb.
Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Quluzadə, Dövlət Qulluğu veteranı Valeh Salehov, İsmayıllı rayon İctimai Nəzarət Şurasının üzvü Elçin Məmmədov çıxış edərək Açıq hökumətin təşviqində ASAN idarəçiliyin üstünlüklərini, cənab Prezidentin bu sahəyə xüsusi əhəmiyyət verdiyini, ölkə vətəndaşlarının ümumi razılığına səbəb olduğunu  diqqətə çatdırıblar.
Sonda RİH başçısı Mirdaməd Sadıqova “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”nin təşəkkürnaməsi təqdim olunub.

Keçidlər