Şriftin ölçüsü :

Saytın rəngi :

"Həmrəyliyimiz nicat yolumuzdur!"

23 dekabr 2016 | 16:00

        23 dekabr 2016-cı il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsinin akt  zalında  İsmayılı  rayon Gənclər və İdman  İdarəsi  və  rayon təhsil  şöbəsinin  birgə təşkilatçılığı ilə “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi”   gününə  həsr olunmuş "Həmrəyliyimiz nicat yolumuzdur!" mövzusunda   məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova açaraq iştirakçıları salamlayıb, “31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn Yeni 2017-ci il münasibətilə gəncləri təbrik edib. Həmrəylik günümüzün    tarixi barədə geniş məlumat verib. 1991-ci ildən bu günə müntəzəm işlərin aparıldığını diqqətə çatdırdı. O həmçinin  Ulu Öndərin Müstəqil Azərbaycanın  inkişafı  tarixinin bütün mərhələlərində uğurlu siyasətinin yüksək nəticələr verditini qeyd edib.  Sonra inşa yazı müsabiqəsi barədə iştirakçıları məlumatlandırıb. Verilən bir saat ərzində gənclər öz fikir və duyğularını bədii ifadələrlə yazıya köçürüblər.
İnşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olacaqdır.

 

Keçidlər