Qayğıya ehtiyacı olan uşaqların yeni il şənliyi
23 dekabr 2016-ci ıl tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət Mərkəzində bayram şənliyi keçirilib.
Rayon İcra Hakimiyyəti, Ailə və Uşaqlara Dəstək Mərkəziı ilə 60 nəfərə qədər fiziki qüsurlu uşaq valideyinləri ilə birgə tədbirdə iştirak edib. Şəhər 2 saylı uşaq bağçasının körpələri rəqs və mahnıları ilə, Uşaq İncəsənət məktəbinin şagirdləri çıxışları ilə bayram tədbirinə bədii zənginlik gətiriblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Uşaq poliklinikasının müdiri Vidadi Rəhimov, veteranlar şurası rayon şöbəsinin sədri Əlaləm Babayev bayram iştirakçılarını təbrik etdib və bildiriblər ki, onlar həmişə dövlətimizin və Prezidentimizin qayğısı əhatəsindədirlər.
Sonsuz sevinclə tədbirdə iştirak edən uşaqların hamısına RİH-nin bayram hədiyyələri verilib.