Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənə ilə qeyd olundu

29 dekabr 2016 | 16:00

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib. 200 nəfərdən çox iştirakçını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşıb.
       Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı sakinlərini, Azərbaycan xalqını, bayram təntənəsinə toplaşanları təbrik edib. Rayonda gedən geniş abadlıq və quruculuq işlərindən, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açıb. Rayonun gələcək inkişafı barədə ətraflı məlumat verib. İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin həmişə  ismayıllılara arxa, kömək durduğunu diqqətə çatdırıb.
      Tədbirdə qonaq qismində iştirak edən şair Musa Yaqub, Maarif Soltan, çıxış edərək bildiriblər ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Hər Yeni il xoşbəxt gələcəyimizdən xəbər verir.
     Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Rayon veteranlar şurasının sədri Əlaləm Babayev, jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Şəfaqət Rəsulov və digərlər  çıxış edənlər qeyd ediblər  ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük  və şərəfli bir yol keçib, misli görünməmiş nailiyyətlər əldə edib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradıb.
       Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edirdi.
       Bayram tədbirində bir daha dərindən dərk olundu ki, bütün bunlar Prezident İlham Əliyevin milli, dövlət və xalq maraqlarına əsaslanan siyasətinin nəticəsidir.

Keçidlər