Şriftin ölçüsü :

Saytın rəngi :

Basqalın da problemləri həll ediləcək

12 may 2013 | 15:00

Basqal qəsəbəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi yaşayış məəskənlərindən biridir. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqalın problemlərinə, tarixi abidələrinin, bazar meydanının bərpasına məhz bu əsasda yanaşır.
RİH-nin başçısı Mirdaməd Sadıqov Basqalda olmuş, ağsaqqallarla məsləhətləşmiş cari və perspektiv icra üçün bir sıra layihələr müəyyənləşdirmişdir.
Bazar meydanında yarımçıq qalmış böyük bina xeyir-şər evi kimi başa gətiriləcək. Burada yarımçıq qalmış binaların tikintisi davam etdiriləcək.
Qəsəbədə dini ayinlərin icrası üçün məscid vardır. Baxımsız qalan digər məscid binası əsaslı təmir olunacaq və mədəniyyət evi kimi istifadə ediləcək.
Həkim məntəqəsi Basqal məktəbinin köhnə binasında yerləşir. Uzun illər baxımsız qalmış və az qala sıradan çıxmışdır. Bu obyektlərin də əsaslı təmir olunması barədə tapşırıq verilmişdir.
Qəsəbənin ağsaqqalları bütün bunları ölkə rəhbərinin qayğısının təzahürü kimi qəbul etmiş və ona minnətdarlıqlarını bildirmişlər.
İnsanlara, onların problemlərinə həssaslıqla yanaşdığı üçün Mirdaməd müəllimə məsləhətləşməyə gələnlər təşəkkür etmişlər.

Keçidlər