Həmrəyliyə, Yeni ilin gəlişinə hamı sevinir.
Dekabrın 29-da İsmayıllı Rayon Təhsil şöbəsinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Gənclər Mərkəzində azyaşlı məktəblilər üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli ədəbi-bədii tədbir keçirilib.
Bayram əhval-ruhiyyəli, xüsusi tərtibatla bəzədilmiş zala 300 nəfərdən çox bağça və məktəb yaşlı uşaq cəlb edilmişdir.
Tədbirdə uşaqların valideynləri, müəllim və tərbiyəçiləri də iştirak edirdilər.
Musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova RİH başçısı Mirdaməd Sadıqovun adından iştirakçıları təbrik edib, onlara sağlam, xoşbəxt böyüməyi, Vətənin layiqli övladları olmağı arzulayıb.
Çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov , Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov uşaqlara xoş arzularını çatdırıb, onları təbrik ediblər. Daha sonra isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
Azərbaycanı, Yeni ili tərənnüm edən şeirlər, mahnılar səslənib. Balacaların yolka ətrafındakı rəqsləri alqışlarla qarşılanıb. Tədbirdə iştirak edən hər bir uşağa yeni il hədiyəsi verilib.