Bayram Tədbirləri davam edir.
30 dekabr 2016 | 16:00
30 dekabr 2016-ci ıl tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə İsmayıllı rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı əsasında əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hazırlanmış kukla teatrının “Bir də etmərəm” adlı tamaşası nümayiş etdirildi. Fiziki qüsurlu və xüsusi qayğıya ehtiyacı olan uşaqlar valideyinləri ilə birgə tədbirdə iştirak edirdi. Tamaşanın sonunda uşaqların görüşünə gələn Şaxta baba onların sevincinə sevinc qatdı. Mədəniyyət Mərkəzində bayram tədbirləri və tamaşalar tətil günlərində də davam edəcək.