İnzibati Ərazi Dairələrində hesabat yığıncaqları keçirilir.
13 yanvar 2017 | 16:00
İsmayıllı rayon İcra Hakimiyyəri başçısının 27.12.2016-cı il tarixli 159 saylı Sərəncamına uyğun olaraq şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilir. Bu günədək Rayonun Basqal və Lahıc qəsəbələri, Aşıqbayramlı, Cülyan, Ruşan, Tağlabiyan, Xankəndi, Sulut, Qoşakənd və Qalacıq kənd İƏD üzrə nümayəndəliklərində 2016-cı ildə görülən işlər, keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqları qrafikə uyğun olaraq yanvar ayının sonunadək keçirilməsi davam edəcəkdir.