Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar –Qan yaddaşımızdır!” mövzusunda inşa-yazı müsabiqəsi

15 yanvar 2017 | 16:00

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin   birgə təşkilatçılığı ilə 20 Yanvar -Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar-Qan yaddaşımızdır!" mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
Tədbir Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin  rəisi Taleh Salehov  açaraq Qanlı 20 Yanvar gününün  tarixi, səbəbləri və nəticələri barədə məlumat verb.      Azərbaycan xalqının başına mərhələlərlə mənfur düşmən tərəfindən gətirilən müsibətlərin qarşısında yenə də xalqın iradəsi qırılmadı, millətdə ruh yaşadı.
Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev də 20 Yanvar şəhidlərinin necə böyük şücaət göstərdikləri barədə gənclərə məlumat verib. O həmçinin inşa yazı müsabiqəsi barədə iştirakçıları məlumatlandırdı.
Verilən bir saat ərzində gənclər öz fikir və duyğularını təsirli, yanğılı bədii ifadələrlə kağıza köçürüblər.
İsmayıllı şəhər 1 saylı, 2  saylı, 4 saylı, 5 saylı və şəhər 6 saylı tam orta məktəblərin, Cülyan, Talıstan, Diyallı, Təzəkənd, Topçu, Quşencə, Buynuz, Hacıhətəmli, Aşıqbayramlı, Qalagah kənd və Lahıc qəsəbə tam orta məktəblərindən gələn 33 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri nəzərdən keçirilib.
Birinci, ikinci, üçüncü yeri tutan müsabiqə iştirakçılarına Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Keçidlər