Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda şəhidlər kütləvi ziyarətlə anıldı.

20 yanvar 2017 | 16:00

Səhər  saat 8-dən başlayaraq İsmayıllı şəhər Mədəniyyət mərkəzinin yanındakı monitorda 20 yanvar faciəsini əks etdirən filmlərin nümayişinə, hüznlü musiqilərin  səslənməsinə başlanılıb. Yerlərdə dəfn  olunmuş şəhidlərin  məzarları ziyarət edilib.
     Şəhər sakinləri saat 10-dan axın-axın, əllərində tər qərənfillər “Şəhidlər xiyabanı”nı ziyarətə gediblər. Din xadimləri  şəhidlərin xatirəsinə xütbə oxuyub, dua veriblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda bütün dövrlərdə  şəhid olan əzizlərimizə Allahdan rəhmət  diləyiblər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə görüşüb.
        Ziyarətdən sonra  Mədəniyyət mərkəzi böyük izdiham qarşısında  “20 yanvar-Qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirib. Saat 12-də bir dəqiqəlik sükutdan sonra ədəbi-bədii kompozisiya təqdim olunub.

Keçidlər