Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə açıq rayon birinciliyi

23 yanvar 2017 | 16:00

22 yanvar 2017- ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya Idman Kompleksinin birgə təşkilatçılığı ilə “2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə yeniyetmələr və gənclər  arasında açıq rayon birinciliyi keçirildi.
Birincilikdə 10 rayon iştirak etmişdir: Bakının 5 rayonu, Şirvan, Mingəçevir, Qəbələ, İsmayıllı və Şamaxı.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamladı, 2 fevral Gənclər günü ilə əlaqədar bütün gəncləri təbrik etdi, idmançılara qələbə sevinci arzuladı.
Karate-do Federasiyasının prezidenti Nürəddin Quliyev və İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov da öz növbəsində iştirakçıları təbrik etdilər, onlara yarışda qələbə əzmi arzuladılar.
150 idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsində qaliblər oldu.
I yerə Ismayıllı, II yerə Bakı, III yerə Mingəçevir komandaları layiq görüldü. Qaliblərin hər biri  rayon Gənclər və İdman idarəsinin  diplom və medalları ilə təltif edildilər.

Keçidlər