Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir

25 yanvar 2017 | 16:00

Azərbaycanda turizmin inkişaf etdirilməsi,  turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya Mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Az.Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 02.02.2015-ci il 40 saylı əmri ilə İsmayıllı Turizm İnformasiya mərkəzi yaradılmışdır.
İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz habelə informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə ətraflı məlumatlar göndərir, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisini və yerləşməsini təmin edir.
Ötən il bölgənin turizm potensialını əks etdirən flayerlər,  bukletlər  hazırlanaraq çap olunmuşdur. Bukletdə tarixi abidələr, tarix diyarşünaslıq muzeyləri,rayonun  görməli yerləri, regionun mədəni irsi, regionun mətbəxi, ailəvi istirahət mərkəzləri, xalq sənətkarlığı əks olunmuşdur. Magistral yol kənarlarına reklam banerləri vurulmuşdur.
Ayrı ayrı vaxtlarda  Göygölə,  Şəkiyə,  Qəbələyə turlar təşkil olunmuşdur.
Regionda fəliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə əlaqə qurulmuş,müəssisələrin təklif etdikləri qiymətlərlə tanış olunmuş və məlumat mübadiləsi aparmışdır.Müəssisə fəaliyyətə başladığı müddətdən elektron səhifəsi yaradılmış,regionun turizm potensialı elektron səhifə üzərindən mütəmadı olarq yayımlanır.Mərkəzin fəaliyyətə başlaması ilə ümumi məlumat hazırlanmış və xəbər agentliklərində yayımlanmışdır.
27 avqust 2016-cı il tarixdə  keçirilən  Qəbələ IV Beynəlxalq Mürəbbə festivalında müəssisəmiz yaxından iştirak etmişdir
Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi və Azərbaycan  Turizm Menecment Universitetnin təşkilatçılığı ilə 10 günlük “Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi” kursları keçirilmiş, müəssisənin 2 işçisi həmin təlim kursunun attestasiyasını uğurla keçərək İsmayıllı rayonunda turizm bələdçisi kimi fəaliyyət göstərməyə hüquq qazanmışdır.
Aprel ayında  Bakı Ekspo mərkəzində keçirilən 15-ci Yubley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində İsmayıllı Turizm İnformasiya Mərkəzi  iştirak etmiş və rayonun turizm potensialını təbliğ etmişdir.Həmçinin Rayonda fəaliyyət göstərən bir neçə İstirahət mərkəzinin sərgidə iştirakı təmin olunmuşdur.
Həmçinin Aprel ayında Şəkidə “Türk Dünyasının Mədəniyyət paytaxtı-Şəki 2016” ilinin təntənəli açılış mərasinmində İsmayıllı TİM-i iştirak etmiş və əl işlərindən ibarət nümunələr sərgilənmiş, regionun təbliğ edən bukletlər paylanmışdır.
İsmayıllı TİM iyul ayında keçirilən I Beynəlxalq Dolma festivalında iştirak etmişdir.
Regionun turizm xəritəsi hazırlanaraq çapdan çıxarılmışdır.
Region üzrə 8 istiqamətdə turist marşurutları hazırlanmışdır.
Regionda kənd turizmi ilə məşğul olan şəxslərlə görüşlər keçirilmiş, ev sahiblərinə bir sira tövsiyyələr verilmiş və evlər haqqinda ümumi məlumat bazası yaradılmışdır.
“Kənd yaşıl turizmin inkişafına dəstək” İctimai birliyinin təşkil etdiyi kiçik sahibkarlığın inkişafı məqsədi ilə  kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı layihəsində İsmayıllı TİM-in işçiləri iştirak etmişdir.
Bundan əlavə olaraq “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”nin   təşkil etdiyi “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırma” mövzusunda İsmayıllı TİM işçilərinin iştirakı ilə 1 günlük təlim təşkil olunmuşdur.Təlim prosesində ümumi müzakirələr aparılmışdır.
İsmayıllı ayrı  ayrı  vaxtlarda  televiziya və  kino  çəkilişlərinə  köməklik  göstərmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının il dönümü ilə əlaqədar  “İsmayıllı-Çuxur  Qəbələ-Tufandağ”  turu təşkil olunmuşdur.
İsmayıllı rayon ərarizində 23 istirahət mərkəzi vardır ki 1 gecə üçün 1143 qonaq yerləşməsi mümkündür.
2010-cu ildə rayona  25 000 turist gəlmişdirsə, bu göstərici  2015ci ildə  99500 nəfər, 2016-cı il ərzində isə regiona 101755 nəfər olmuşdur.
Bundan lavə olaraq 100000 dən çox turist gecələmədən istirahətini rayonda keçirib.
2010cu illərdə 4 nəfərlik kottecin qiyməti 120-150 manat arası dəyişirdisə, bu rəqəm hal hazırda 60-80 manatdır. Rayonda infrastrukturun yaradılması, yolların təmir olunması, qiymətlərin aşağı salınması turizm sahəsində ixtisaslı kadrların çalışmasının nəticəsi olaraq günü gündən qonaqların sayı artmaqdadır.
Gotoİsmailli.az  saytının rayon turizminə böyük təsiri olmuşdur. Belə ki istirahətini rayonumuzda  keçirmək istəyən qonaqlar bu sayt vasitəsilə də lazim olan məlumatları əldə edə bilirlər.
Rayonda Kənd yasil turizmi ilə məşgul olan 20-ə yaxın ev sahibi vardırsa, bu göstərici 2016-ci ildə 150 -ə yaxın rəqəmdir. 1 gecə üçün 800 - ə yaxın qonağın kənd evlərində qalması mümkündür.Bu da yerli əhalinin sosial rifah halının yaxşilaşması üçün bir istiqamətdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm  nazirinin sərəncamına əsasən İsmayıllı rayonun mərkəzi meydanında 01 iyundan yeni Turizm Bazarı fəaliyyətə başlamışdır. Bu bazarın fəaliyyəti  01 sentyabr 2016-cı il tarixə kimi nəzərdə tutulmuşdur. Bazarda regionu əks etdirən əl işləri sərgilənir və satışı həyata keçirilir, hər günün sonunda mədəniyyət müəssisələrinin musiqili proqramı təşkil olunur.  Hər həftənin 6-ci günləri mədəniyyət müəssisələrinin rəhbərliyindən ibarət toplantı təşkil olnur,növbəti həftənin proqramı tərtib olunur, Turizm İnformasiya Mərkəzi tərəfindən həmin proqramlar mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərinə göndərilir.
Əlavə olaraq növbəti həftə sonlarında istirahət mərkəzlərində İsmayıllı TİM tərəfindən Azərbaycan filmləri nümayiş olunur. Bu addım istirahət edən qonaqlar tərəfindən xoş qarşılanır.
Hal hazırda regionun bələdçi kitabçası hazırlanır.  Bu da qonaqların regionun turizmi haqqında məlumatlanmasına kömək olacaqdır.
Rayon mərkəzində tikintisinə yeni başlanılan  otelin rayonda turizmin inkişafına böyük  təsiri olacaqdır.
Buynuz  və  Cülyan kəndlərində şəlalə, Talıstan kəndinin şimalında dağlıq ərazidə yerləşən Qaranohur gölü rayonunun gələcək turizmi üçün əlverişli təbiət gözəllikləridir.Hal hazırda da bu təbii gözəlliklərə maraq göstərənlər çoxluq təşkil edir.
Ümumilikdə götürsək, kimin hansı mövqedən yanaşmasına baxmayaraq İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir.

İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru
S.Süleymanov

Keçidlər