Şriftin ölçüsü :

Saytın rəngi :

Cülyan kəndində səyyar görüş-qəbul

15 may 2013 | 15:00

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 14 may 2013-cü il tarixdə məsafəcə şəhərə birləşməkdə olan Cülyan kəndində səyyar görüş-qəbul keçirmişdir. M.Sadıqov giriş nitqində ucqar kəndlərdə olduğu kimi, burada da sosial problemlərin tam həll olmadığını, inzibati ərazi üzrə nümayəndənin və bələdiyyə sədrin diqqətinə çatdırmışdır. Həkim ambulatoriyasının, klubun olmamasını, kitabxananın yararsız vəziyyətdə, kəndə gələn və kənddaxili yolların baxımsız olmasını vurğulamış, suvarma və içməli su olsa da, ondan bərabər istifadəni təmin edən tənzimləyici tədbirlərin görülmədiyini vurğulamışdır.
“Ən yaxşı ümumtəhsil müəssisəsi” olan məktəbin iclas zalına 200 nəfərdən çox kənd sakini toplaşmışdı. RİH-nin başçısı giriş nitqindən sonra hər bir arzusu, təklifi, şikayəti, narazılığı olan kənd sakinini hörmət və ehtiramla dinlədi, xidmət təşkilatlarına müvafiq tapşırıqlar verdi.

Keçidlər