İsmayıllı şəhər icra nümayəndəliyi hesabat verib.
İş prosesində, maliyyə baxımından bəzən yaranan obyektiv çətinliklərlə baxmayaraq, şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyətini təkmilləşdirir, onu ilk olaraq əsasnaməyə, mövcud qanunlara uyğun, sonra isə sakinlərin maraq və təklifləri əsasında qurur.
Bütün bunlar barədə 27 yanvar 2017-ci il tarixdə rayon təhsil şöbəsinin inzibati binasındakı iclas zalında keçirilən hesabat iclasında rəqəmlər və faktların dili ilə ətraflı danışılıb.
İsmayıllı şəhər İƏD üzrə RİH başçısının səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
Mənzil istismar sahəsinin rəisi İsmayıl Tarverdiyev, 1 saylı uşaq bağçası-körpələr evinin tərəbiyəçisi Nahidə Zahidova, Əməkdar müəllim, ağsaqqal təhsil işçisi, Şəfaqət Rəsulov çıxışlarında şəhər İƏD üzrə nümayəndənin fəaliyyətinə pozitiv mövqedən yanaşmaqla yanaşı, çatışmazlıqlardan və qarşıda duran vəzifələrdən də danışıblar.
İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında şəhər İƏD üzrə nümayəndəliyin bir ildə gördüyü işlər barədəki hesabatına müsbət qiymət verib, nöqsanlardan ətraflı danışıb, qarşıda duran vəzifələrin və problemlərin həlli yollarını şərh edib.
İştirakçılar İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 2016-cı ildəki fəaliyyətini kafi qiymətləndirib.