Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı yanında növbəti şura iclası keçirilmişdir.

01 fevral 2017 | 16:00

31 yanvar 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında nöbəti Şura iclası keçirilmişdir. İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə və müəssisə rəhbərlərinin, İsmayıllı Regional “Bilik Evi” və Multikulturalizim Mərkəzinin əməkdaşlarının iştirak etdiyi iclasda günün aktual məsələləri müzakirəyə çıxarılmış, görülmüş işlər və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
      Şurada üç məsələ - “RİH başçısının İƏD üzrə nümayəndəliklərində 2016-cı ildə görülmüş işlərə dair keçirilmiş hesabat yığıncaqlarının yekunları barədə”, “2016-ci ilin yekunlarına görə vətəndaşlardan daxil olmuş müraciətlərə baxılmasınn vəziyyəti və qarşıda duran vəzifələr”, “Multikulturalizim ili ilə əlaqədar il ərzində həyata keçirilən tədbirlərin nəticəsi və multikulturalizm siyasətinin davamı ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr haqqında” məsələlər müzakirə edilmişdir.
      İclasın sədri, RİH-nin başçısı cənab Mirdaməd Sadıqov yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans və ölkə rəhbərinin verdiyi tövsiyyə və tapşırıqlar barədə şura üzvlərinə ətraflı məlumat vermiş və rayonun gələcək inkişafının istiqamətləri barədə danışmışdır.
     Müzakirə olunan məsələlər ətraflı təhlil olunmuş, görüləcək işlər, həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir.

Keçidlər