Gənc təsərrüfatçılar üçün təlim.
“Gənc Mühasiblər” İctimai Birliyi Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin kənd təsərrüfatının inkişafına maraqlarınan artırılması” adlı layihə çərçivəsində təlim həyata keçirmişdir.Təlimdə rayonun müxtəlif sahələrində çalışan və təhsil alan gənclər iştirak ediblər. Layihənin əsas məqsədi fermerlik fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə marağı olan gənclərin kənd təsərrüfatına marağını artırmaq və bu sahədə üzləşdikləri problemlərin həllinə dəstək verməkdir. Tədbiri Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsində aparılan uğurlu siyasətindən danışıb. Sonra İctimai Birliyin sədri Solmaz Əliyeva layihə barədə məruzə edib. Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova, təlimçi Zamin Balaşov çıxış edərək kənd təsərrüfatı sahəsində biznes fəaliyyətinə başlamağın hüquqi əsasları və qaydaları, biznes planların tərtibi, bələdiyyələrə banklarla əlaqə və kretitləşmə, mühasibət uçotu, satış və reklam, və s mövzular haqqında danışıblar. Təlim iki gün davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.