Kitab bağışlama günü qeyd olunub
14 fevral 2017-ci il tarixində İsmayıllı MKS-də “Kitab bağışlama günü” keçirilib. Tədbiri İsmayıllı MKS-nin Abonement şöbəsinin müdiri Turanə Əzizova açaraq tədbir iştirakçılarını salamlayıb. Kitabların həyatımızdakı rolundan danışıb. 14 fevral kitab bağışlama günü ilə əlaqədar rayonun tanınmış ziyalıları Şahməmməd Dağlaroğlu və Oqtay İsmayıllı da öz çıxışlarında kitabın əsas bilik mənbəyi olduğunu vurğulamış və bu kimi tədbirlərin keçirilərək, gələcəyimizi təşkil edən gənclərin kitaba olan münasibətini formalaşdırdığını bildiriblər.
Daha sonra çıxış edənlərdən şairə Xatın Məmmədova, İsmayıllı Regional “Bilik evi”nin rəhbəri Sevinc Novruzova, İsmayıllı YAP Gənclər Birliyinin sədri Şəhla Qafarova, Niyal hazırlıq kurslarının əməkdaşı Loğman Mayılov, gənc yazar Elnarə Günəş də öz çıxışlarında bu kimi tədbirlərin keçirilməsinin olduqca səmərəli olduğunu vurğulayıblar. Ümumi çıxışlardan məlum olub ki, kitabla bağlı maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsi, yazıçı və şairlərin gənclərlə vaxtaşırı görüşlərinin keçirilməsi təqdirəlayiqdir.
Sonda dəvət olunmuş yazarlar öz kitablarından bir neçəsini İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminə hədiyyə ediblər.