Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq sahələrinin elektron kadastr xəritələrinin hazırlanması ilə əlaqədar müşavirə keçirildi.

16 fevral 2017 | 16:00

16 fevral 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş maarifləndirmə tədbiri keçirilib.
Müşavirəni giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb və belə mühüm tədbirin rayonumuzda keçirilməsinə görə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə öz razılığını bildirib.
Sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi “2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq torpaqların elektron kadastr xəritələrinin hazırlanması və uçotunun aparılması mexanizmlərindən, bu sahədə görüləcək işlərdən ətraflı danışıb, iclas iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, əlaqədar idarə və təşkilatların və müvafiq qurumların, eləcə də ictimaiyyətin nümayəndələrindən ibarət 180 nəfər iştirak edib.

Keçidlər