Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunda hərəkət bərpa olundu.

16 fevral 2017 | 16:00

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun 7-11-ci kilometri çovğunun nəticəsi olaraq hündür qar toplanması nəticəsində  nəqliyyatın hərəkəti üçün keçilməz vəziyyətə gəlmişdi. Rayon fövqəladə hallar komissiyasının təşkilatçılığı, İsmayıllı 9 saylı yol-istismar idarəsinin texniki icraçılığı ilə (bütün növ qartəmizləyən texnika, ekskavator və buldozerləri işlətməklə) avtomobil yolunun bir zolağı bərpa edilib. İkinci zolağın tam açılması üçün yol idarəsi işi davam etdirir. İvanovka kəndindəki təsərrüfatın və suvarma sistemləri idarəsinin texnikası da fövqəladə vəziyyətin aradan qaldırılmasında iştirak edib.

Keçidlər