Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi – Azərbaycanın qanlı tarixi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

21 fevral 2017 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə  tədbirlərdən biri də şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsi olmuşdur. Müsabiqə Rayon Təhsil şöbəsi və  Rayon Gənclər İdman idarəsinin  birgə təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi – Azərbaycanın qanlı tarixi ” mövzusunda keçirilmişdir.  Xocalı soyqırımında həlak olanların xatirəsi  bir dəqiqəlik sükutla anılıb və soyqırımının səbəbkarları və  nəticələri barədə Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə  Mirzəliyeva məlumat verib.
RTŞ-nin metodisti Nəriman Qəniyev və RGİİ-nin baş məsləhətçisi Şəhla Qafarova şagirdlərə uğurlar arzulayıb.
Şagirdlər inşa yazıları ilə bir daha göstərdilər ki, onlar Xocalı qətliamının ağırlığını, məhrumiyyətlərini düşüncələrində yaşada  , onun ağrılarını dərk edə bilirlər.

Keçidlər