Xocalı şəhidləri uşaq kitabxanasında yad edilib
24 fevral 2017-cı il tarixdə rayon uşaq kitabxanasında İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemi və İsmayıllı Regional “Bilik Evi”nin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə İsmayıllı Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ələddin Ələkbərov açıb. Xocalı faciəsinin ağrılı məqamlarından danışıb.
Tədbirdə çıxış edən İsmayılı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Murad Məhərrəmov, İsmayıllı Regional Bilik Evinin direktoru Sevinc Novruzova, rayon YAP gənclər təşkilatının sədri Şəhla Qafarova və başqaları “Xocalıya Ədalət” kompaniyasının geniş miqyasda davam etməsindən, torpaqlarımızın düşməndən azad edilməsi yolunda cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən danışıblar. Tədbirdə iştirak edən məktəbli-gənclərin ifasında vətənpərvərlik mövzusunda, qələbəyə çağıran şeirlər ifa olunub. Sonda İsmayıllı məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.