Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil büdcəyə keçidlə əlaqədar İsmayıllıda tədbir keçirildi

02 mart 2017 | 16:00

Heydər Əliyev Mərkəzində 10 saylı ərazi vergilər idarəsinin mütəxəssislərinin, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə 10 saylı Ərazi Vergilər İdarəsinin bölmə müdiri İntiqam Hidayətzadə müstəqil büdcəyə keçidlə əlaqədar qarşıda duran vəzifələr və Vergi Məcəlləsində olan dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd etdi ki, müstəqil maliyyələşməyə keçidlə əlaqədar büdcənin gəlirlər bölməsinin icrası əsasən vergilərin ödənilməsindən asılıdır. İştirakçıların suallarına və onları maraqlandıran məsələlərə ətraflı cavab verildi.          Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov yekunlaşdırdı.

Keçidlər