Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal qəsəbə məscidində maarifləndirici tədbir

02 mart 2017 | 16:00

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə   Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbiri keçirilib.
           Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Namiq Cırıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Şamaxı bölgəsi  şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Elnur Mehdiyev, RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, dini icmanın sədri Fariz Mövlamov, icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
            Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işlərinin davam etdiyini bildirdi. O, gənc nəsillərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edərək müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.
            Sonra RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxışı edərək dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu, buna qarşı təkcə dövlət təşkilatları, hüquq-mühafizə orqanları deyil, hər bir vətəndaşın, hər bir ziyalının kəskin mübarizə aparmalı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
          DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Namiq Cırıyev     çıxışında  Azərbaycan cəmiyyətində multukultural dəyərlərin inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edərək mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi, eləcə də radikal təsirlərin qarşısının alınması üçün lazım olan məqamlara toxundu.
           Daha sonra Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşı Elnur Mehdiyev, RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, dini icmanın sədri Fariz Mövlamov mövzu ətrafında çıxış ediblər.
        Sonda tədbir iştirakçılarına maarifləndirici nəşrlər paylanıb.

Keçidlər