Elmi Tədqiqat Pediatriya İnstitutu uşaqlar üçün aksiya keçirmişdir
18 may 2013 | 15:00
17.05.2013-cü il tarixində İsmayıllı rayon Uşaq poliklinikasında Əməkdar elm xadimi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın Baş pediatrı, professor Nəsib Quliyevin rəhbərliyi ilə İnstitutunun həkimləri - pulmanoloq Zemfira Mürsəlova, uşaq infeksionisti Nərgiz Babayeva, uşaq kardioloqu Təranə Əzimzadə, həkim-lobarant Gülzar Ələkbvərova, uşaq cərrahı Ümid Musayev uşaqların kütləvi müayinəsini keçirmişlər. Aksiya zamanı 142 nəfər uşaq müayinə olunmuşdur. Onlardan müxtəlif diaqnozlarla 20 nəfər uşaq müayinə və müalicə üçün Elmi Tədqiqat Pediatriya İnstitutuna dəvət olunmuş, qalan uşaqlara müalicə təyin edilmişdir.