Şriftin ölçüsü :

Saytın rəngi :

“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC İsmayıllıda regional müşavirə keçirib.

03 mart 2017 | 16:00

“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə təsis edilmişdir. Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə  baxmayaraq 12 regional bölmə, 46 rayonda dayaq məntəqəsi yaradılmış, mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə  verilmişdir. Ötən müddətdə dövlət büdcəsindən mailiyyələşən satınalan təşkilatlarla 825 müqavilə bağlanmışdır. ASC 01 yanvar 2017-ci il tarixdən etibarən satınalan təşkilatların ərzaq təchizatının həyata keçirilməsinə başlamışdır.
Şamaxı, Qobustan, Ağsu və İsmayıllı nümayəndələrinin təmsil olunduğu regional müşavirə “Qala” şadlıq sarayında keçirilib. Tədarük- təchizat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirəni giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, ASC-nin yaranması zərurətindən, istehsalçı ilə istehlakçı arasında oynadığı əhəmiyyətli roldan, bu təşkilatın xüsusilə ərzaq məhsullarının tədarükündə kənd təsərrüfatı istehsalçılarına böyük xeyir verəcəyindən ətraflı danışıb. Rayon icra hakimiyyətinin və yerli icra strukturlarının ASC ilə işgüzar əlaqədə işləyəcəyini bildirib. Qeyd edib ki, ərzaq məhsullarının tədarükündə İsmayıllı daha yüksək nəticələrlə iştirak edəcək.
“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov “Dövlət satınalan  təşkilatların təchizat məsələləri” mövzusunda məruzə edib.
ASC-nin departament direktoru Abbas Hacıyevin, informasiya və elektron xidmətlər sektorunun mütəxəssisi Kəmalə Adıyevanın müxtəlif mövzularda çıxışları  dinlənilib.
Məsələlər ətrafında işgüzar diskusiya gedib, təkliflər irəli sürülüb. ASC-nin fəaliyyətini yaxşılaşdırmaq, ərzaqların, xüsusilə ət və süd məhsullarının keyfiyyətini yüksəltməklə əlaqədar səmərəli təkliflər irəli sürülüb. Müzakirələrdə Şamaxı və İsmayıllı satınalan təşkilatlarının nümayəndələri daha fəal iştirak ediblər.
Hər bir iştirakçı anket sorğusu formasında təkliflərini regional müşavirənin təşkilatçılarına çatdırıb.
Sonda qeyd olunub ki, ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici müşavirləri davam etdirəcəkdir.

Keçidlər