Şriftin ölçüsü :

Saytın rəngi :

“Anaları təbrik edək”

04 mart 2017 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar günü  ölkəmizin hər yerində  qeyd edildiyi kimi İsmayıllıda da dövlət qayğısının təzahürü olaraq məzmunlu və maraqlı tədbirlərlə qeyd olunur.
     03 mart 2017-cı il tarixdə  rayon uşaq kitabxanasında şəhər 1 saylı  uşaq bağçası – körpələr evinin  “Anaları təbrik edək” adlı tədbiri keçirilib.
İlk öncə Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva tədbir  iştirakçısı olan  anaları və  qızları bayram münasibətilə rayon icra hakimiyyətinin başçısı adından təbrik edib.
Sonra körpə  fidanlar  anaların şəninə səmimi hisslərlə  şeirlər   söyləyib, şən mahnılar oxuyublar, rəqs etdiblər.
Tədbirdə RTŞ-nin metodisti Güllübəyim Cərullayeva, Uşaq Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya  Kollecinin direktoru Kəmalə Süleymanova çıxış edərək körpə fidanları bayram münasibətilə təbrik  ediblər,  onlara sağlam həyat tərzi arzulayıblar.
Tədbirin Sonunda  uşaqlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Keçidlər