8 Mart Beynəlxalq Qadınlar günü İsmayıllıda təntənə ilə qeyd olunub.
“Qala” şadlıq sarayı növbəti təntənə üçün - həyatımıza gözəllik bəxş edən Beynəlxalq Qadınlar gününün bayram edilməsi üçün məkan seçilmişdi.
200 nəfərə qədər qadının təmsil olunduğu bayram şənliyini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq qeyd etdi ki, Azərbaycan qadınları firavan yaşamaq, sevinmək, şadlanmaq, yaşadığı ölkə üçün qürur duymaq haqqını öz fədakar əməkləri, dövlətə, ailəyə sədaqətlə xidmət etmələri, Respublikanın ictimai həyatında fəal iştirakları ilə qazanıblar, Azərbaycan Respublikasının birinci xanımı, özünü Beynəlxalq miqyasda əsil siyasət adamı kimi təsdiq etmiş Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi məhz bütövlükdə ölkə qadınlarına verilən ən böyük qiymət kimi dəyərləndirilir.
Əziz xanımlar, Sizi 8 Mart Qadınlar bayramı münasibətilə ürəkdən təbrik edirəm, ölkəmizin inkişafında, ailə yaradıcılığında, vətənə layiq övladlar yetişdirməkdə hamınıza böyük uğurlar arzulayıram.
Şadlıq sarayına daxil olan hər bir qadına qızıl gül təqdim olunub. Çoxsaylı təbriklər səslənib, “Niyal” ansanbılı şənliyə musiqi, mahnı, rəqs bəzəyi qatıb.
Müxtəlif mövzuda viktarinalar, şeir, mahnı, rəqs müsabiqəsi keçirilib. Daha fəal çoxsaylı iştirakçılara hədiyyələr təqdim olunub.