İsmayıllı şəhər sakinləri ilə görüş-qəbul keçirilib.
Şəhərin Heydər Əliyev prospektinin yuxarı hissəsində və o hissənin ətrafında yaşayan sakinlərlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu keçirilib.Həmin ərazidəki “Mərasim evi”nə gələn çoxsaylı şəhər sakini Yel çərşənbəsi günündə daha çox problemlərdən danışmağa yox sanki bir-birinin sevincinə şərik olmağa gəlmişdi.
Görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov bütün iştirakçıları Yel çərşənbəsi, xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.Görülən işlərdən, mövcud problemlər və onların həlli yollarından ətraflı danışdı. Şəhər ərazisində sosial həyatın yaxşılaşdırılması, iş yerlərinin açılması ilə əlaqədar hazırlanan yeni layihələr barədə məlumat verdi.
Qəbul - görüşə gələnlər icra olunmuş layihələrə, çətinliklərə baxmayaraq rayonun inkişafına göstərdiyi qayğıya və dəstəyə görə cənab Prezidentə minnətdarlıq etdilər. RİH-nin rəhbərliyinə təşəkkür etdilər ki, dövlətin sosial-iqtisadi siyasəti rayonda belə uğurla həyata keçirilir.
Sakinlərdən Müseyib Poladov, Rima Kərimova, Qismət Salehov, Mirəli Bəkirov, Müseyib Hüseynov və başqaları, məhlədaxili yollara çınqıl döşənməsi, güctransformatorunun dəyişdirilməsi, 48 mənzilli yaşayış binasına istilik sistemi çəkilməsi, bazardan çölə ticarətin yığışdırılması, Heydər Əliyev prospektindəki hündür mərtəbəli yaşayış binasının dam örtüyünün təmir olunması, 5 nömrəli orta məktəbə tərəf magistral yoldan keçidin tənzimlənməsi , “Çıraqban”a gedən yolun təmir edilməsi məsələlərini irəli sürdülər.
Qaldırılan məsələlərin həlli mümkün olanları ilə əlaqədar aid strukturlara konkret tapşırıqlar verildi, icra yolları göstərildi.
Səmimi şəraitdə keçən görüş-qəbuldan şəhər sakinləri məmnun qaldılar.