15 dekabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayevanın “Külək” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib
Təqdimat mərasimində ilk olaraq klipin ssenari müəllifi və rejissoru Teymur Əzizli çıxış edərək Sahibə Abdullayevanın həyat və yaradıcılığından, klipin ərsəyə gəlməsindən danışdı. Daha sonra Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Şəhid ailələri və digər qonaqlar Sahibə Abdullayevanı təbrik edərək yeni yaradıcılıq uğurları arzuladı.
Sonda Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva klipin hazırlanmasında əməyi keçən bütün əməkdaşlara, rayon rəhbərliyinə və gələn qonaqlara öz təşəkkürünü bildirib.






