Şriftin ölçüsü :

Saytın rəngi :

15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

15 may 2025 | 17:39

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı  Uşaq və Ailələrə Dəstək Mərkəzi  İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə 15 may 2025-ci il tarixində Rayon Icra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, təhsil sektorunun,  bələdiyyə və icma nümayəndələrinin, mərkəzin ekspert qrupunun üzvlərinin, ağsaqqalların, milli azlıqların nümayəndələrinin, uzunömürlü, nümunəvi və gənc ailələrin,  yazarların, habelə gənclərin  iştirakı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsədin dünya ictimaiyyətinin diqqətini ailələrlə bağlı problemlərə cəlb etmək olduğunu bildirib, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailələrin rifahı, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.

Keçidlər