Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl biçini kompaniyasına hazırlıq

19 may 2013 | 15:00

18 may 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətində Aqrar məsələlər şöbəsinin təşəbbüsü ilə rayonda taxıl biçini kompaniyasının hazırlığı ilə əlaqədar müşavirə keçirildi.
Müşavirədə “Aqrolizinq” ASC-nin İsmayıllı “Aqroservis” filialının rəhbəri Ə.Həsənov çıxışında bu il taxıl biçini mövsümündə müəssisənin 13 ədəd kombayını iştirak edəcəyini bildirdi, bunlardan 11-i təmir edilərək tam hazır vəziyyətə gətirildiyini, iki kombayında isə cari təmir işləri başa çatmaq üzrə olduğunu qeyd etdi.  O,  taxıl biçinini optimal müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə olunacağını bildirdi.
İsmayıllı rayon Texniki Nəzarət Müfəttişliyinin baş məsləhətçisi R.Cəfərov rayonda hüquqi və fiziki şəxslərin mülkiyyətində 52 ədəd taxıl biçən kombayınların olduğunu dedi və aparılan müşahidələr nəticəsində həmin kombayınların 45 ədədinin sazlanaraq biçinə hazır vəziyyətdə, yeddisində isə bəzi xırda təmir işlərinin başa çatmaq üzrə olduğunu qeyd etdi. 
Nikitin adına kolxozun baş mühəndisi Timofey Mordvinçev qeyd etdi ki, kolxozda mövcud olan 14-kombayından 10-u sazlanaraq biçinə hazır vəziyyətə gətirilmişdir. Çalışacayıq ki, taxıl biçini optimal müddətdə və itkisiz başa çatdıraq.

Keçidlər