Şriftin ölçüsü :

Saytın rəngi :

Bir neçə gündür ki, İsmayıllı rayonunda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir

17 mart 2017 | 16:00

Novruz bayramı ilə əlaqədar 14 mart 2017-ci il tarixdən başlayaraq İsmayıllı rayonunda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir. Yarmarkada gün ərzində 1 tona yaxın mal və qoyun əti, 500 kq quş əti, 2 tondan artıq meyvə və tərəvəz,               5 ton taxıl, 10-15 min ədəd yumurta, 500 litrdən çox süd və digər kənd təsərrüfatı və ərzaq  məhsulları satılır. 
Yarmarkaya çıxarılan məhsullar bazar qiymətindən 20% aşağı qiymətə satılır. Yarmarka 20 mart 2017-ci il tarixə kimi davam edəcəkdir.

Keçidlər