Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: İsmayıllı məktəbliləri Gəncə, Şəmkir və Göygöl bölgəsini tanıyacaqlar

24 mart 2017 | 16:00

İsmayıllı rayon məktəblərinin 40 nəfər IX-X-XI sinif şagirdinin, onlarla birgə 5 nəfər bələdçi müəllimin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində  Respublikamızın Gəncə, Şəmkir və Göygöl bölgəsinə səfəri nəzərdə tutulmuşdu.
      23 mart 2017-ci il tarixdə səfərə hazırlaşan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində  təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə tur-aksiya  iştirakçıları ilə görüş keçirib.
       Rayon İcra Hakimiyyəti  başçısının müavini Sevil Əhmədova  görüşü açaraq qeyd edib ki, “Ölkəmizi  tanıyaq” layihəsi  Prezident İlham Əliyevin  yetişən nəslə, gənclərə, təhsil sisteminə böyük hədiyyəsi və bəxşişidir. Ölkəmizi dünya miqyasında tanıdan  cənab Prezident  şagirdlərin də öz ölkəsini tanımaları üçün çox gözəl şərait yaradıb. Maarifləndirici tur aksiyada iştirak edən  şagirdlərimiz bu imkandan, bu şəraitdən maksimum faydalanmalı, səfərdə olacaqları rayonlardan ən zəngin təəssüratlarla qayıtmalıdırlar.
Şamaxıdan gələn tur-aksiya iştirakçıları da əvvəlcə İsmayıllıya gəlmiş, Heydər Əliyev Mərkəzində İsmayıllıdan olan iştirakçılarla görüşmüşlər.
Görüşdən sonra şagirdlər onlar üçün ayrılmış avtobuslara əyləşərək ölkəmizi tanımaq üçün Gəncə, Şəmkir və Göygöl bölgəsinə yola düşüblər.

Keçidlər