İsmayıllı ictimaiyyəti Heydər Əliyev Mərkəzində Azərbaycanlıların soyqırımı gününü qeyd edib.
31 mart- Azərbaycanlıların soyqırımı günü “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində qeyd olunub.
Tədbiri giriş nitqi ilə “Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov açıb.
Bütün soyqırımlar zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1920-ci ilin mart ayında törədilən soyqırımları əks etdirən filmə baxış keçirilib.
31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş məruzə ilə tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov çıxış edib.
Soyqırım hadisələrinə müxtəlif aspektlərdən yanaşmanın nəticəsi olan tarix müəllimləri Hacalı Səlimovun, Ülkər Süleymanovanın, Şahin Kərimovun və başqalarının çıxışları dinlənilib.
Məruzə və çıxışlarda Bakıda, Qubada, Şamaxıda, Muğanda, Cənubi və Qərbi Azərbaycanda tarixi düşmənlərimiz olan ermənilərin xalqımıza qarşı törətdikləri bəşəri cinayətdən, erməni qətliamlarından ətraflı danışılıb, həm də qeyd olunub ki, indiki İsmayıllı ərazisindəki Tircan, Mücü, Bizlan, Sulut,Qıçatan, Zeyvə, Maçaxı, Sərdahar, Zərnəva, Tağlabiyan,Kəlfərəc,Kürdüvan, Diyallı, Kürdmaşı, Xankəndi,Hacıhətəmli, Mollaisaqlı və digər kəndləri də soyqırıma məruz qoyublar. O da vurğulanıb ki, ermənilərə qarşı İsmayıllı ərazisində müqavimət də göstərilib. Yeniyol kəndi yaxınlığındakı Dəymədağıl kəndi erməniləri ilə birgə sırada çıxarılıb. Lahıca hücuma keçən düşmənlərimiz burada istehsal olunmuş “Zanburo” topunun bir atəşindən qorxub geri qayıdıblar.Tariximizin müxtəlif mərhələlərində baş verən soyqırım hadisələri müxtəlif tədbirlərlə xatırlanır, yaddaşlarda möhkəmləndirilir, yetişən nəsillərə tarixi düşmələrimiz tanıdılır.
Mübariz Orucov küçəsi ilə Nizami gəncəvi küçəsinin kəsişdiyi yerdə Azərbaycanlıların soyqırımına həsr olunmuş “Ana harayı” abidəsi ucaldılıb. Hər gün məktəblilər həmin abidəni ziyarət edirlər.
31 martda İsmayıllılar “Ana harayı” abidəsini kütləvi surətdə ziyarət edəcəklər.