İsmayıllıda Respublika Təhlükəsizlik orqanlarının yaranmasının 98 illiyi qeyd olunub.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı rayon şöbəsinin əməkdaşları əvvəlcə rayon icra hakimiyyəti rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin konfrans zalında davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təhlükəsizlik orqanlarının keçdiyi yoldan ümummilli lider Heydər Əliyevin bu sahədəki ölçüyəgəlməz xidmətlərindən Dövlət Təhlükəsizliyi Xidmətinin bugünkü fəaliyyətinin ölkə rəhbərinin diqqəti və qayğısı sayəsində yüksək səviyyədə olduğundan ətraflı danışıb,Təhlükəsizlik Xidməti işçilərini rayonun bütün ictimaiyyəti adından təbrik edib.
Rayon prokuroru Ülvi Abbasov, rayon məhkəməsinin hakimi Azad Əliyev, rayon polis şöbəsinin rəisi Telman Ağasiyev və Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayon bölməsinin rəisi İlkin Cəfərov təhlükəsizlik xidməti rayon şöbəsinin əməkdaşlarını təbrik ediblər.
DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev rayon rəhbərliyinə, ünvanlarına təbrik deyənlərə təşəkkürünü bildirib.