Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart-Azərbaycanlıların soyqırımı günü “Ana harayı”-“Soyqırımı” abidəsini kütləvi ziyarətlə qeyd olundu.

31 mart 2017 | 16:00

İki mindən çox İsmayıllı sakini, çoxsaylı məktəblilər 31 mart-Azərbaycanlıların soyqırımı gününü qeyd etmək üçün “Ana harayı”-“Soyqırımı” abidəsini ziyarətə gəlmişdilər.
    Rayon İcra Hakimiyyətinin rəhbərliyi abidənin önünə gül dəstələri qoydu.
   Sonra tədbir başlandı. Dövlət qulluğu veteranı Valeh Salehov  hüznlü mitinqi açaraq tarixi düşmənlərimiz olan ermənilərin iki əsr müddətində xalqımızı məruz qoyduğu soyqırım hadisələrindən, qətliamlarından, işğalçılıq siyasətindən, bütün bu cinayətlərinə görə havadarlarına arxalanaraq beynəlxalq miqyasda hələ də cavab verməməsindən danışdı.
     Bütün dövrlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
        “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, tarix müəllimi Xalid Mürşüdov, rayon təhsil şöbəsinin əməkdaşı Sədəf Mikayılova çıxış etdilər. 1918-ci il, ondan əvvəlki və sonrakı soyqırımı hadisələrindən,”İslam Həmrəyliyi ilin”də ölkəmizin, vətənimizin, Dövlətimizin taleyi ilə bağlı bütün məsələlərdə həmrəy olmağın vacibliyindən danışdılar. Sonda “Soyqırım” abidəsi kütləvi ziyarət olundu.

Keçidlər