Şriftin ölçüsü :

Saytın rəngi :

Xankəndində soyqırım tədbiri

31 mart 2017 | 16:00

31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar İsmayıllı rayonu Xankəndi kənd tam orta məktəbində tədbir keçirildi. İlk öncə soyqırımda həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra kənd icra nümayəndəsi Şıxıyev Gülbaba çıxış edərək qeyd etdi ki, 31 mart soyqırımı xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biridir və xalqımız bu faciəni heç vaxt unutmayacaqdır. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin bununla bağlı verdiyi 1998-ci il fərmanını xatırlatdı. Daha sonra məktəbin direktoru Adıgözəlov Rauf çıxış edərək bildirdi ki, bu faciə tarixdə baş verən ən qanlı faciələrdən biri olmuş və soydaşlarımız ən qəddar işgəncələrlə qətlə yetitilmişlər. Buna görə də vətəndaşlarımız bu faciəni heç bir zaman unutmamalı, onların xatirəsini hər zaman əziz tutmalıdırlar.
 Tədbirin davamında V və VI sinif şagirdlərinin Zəlimxan Yaqubun yaradıcılığından söylədikləri serlər dinlənildi. Müxtəlif səhnəciklər göstərildi. Tədbirin sonunda isə soyqırıma həsr olunmuş video çarx nümayiş etdirildi və tədbir iştirakçıları tərəfindən dərin hüznlə izlənildi.
Allah şəhidlərimizə rəhmət eləsin!!!

Keçidlər