Bizlanda soyqırım günü qeyd edilib.
31 Mart soyqırımından 99 il ötür. Bu ildönüm münasibətilə İsmayıllı rayonu Bizlan kənd ümumi orta məktəbində anım tədbiri keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi, Bizlan kənd İƏD üzrə nümayəndəliyi, kənd ağsaqqalları və fəalları iştirak edirdilər. Bizlan kənd İƏD üzrə nümayəndə Ş.Əmrahiyev çıxış edərək xain və fitnəkar ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar və bunların acı nəticələri barədə, Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Şamaxı qəzasının tərkibində olan bir sıra yaşayış məntəqələrində o cümlədən, Tircan, Bizlan və digər kəndlərdə silahsız dinc sakinlərə qarşı törədilən vəhşiliklər haqqında ətraflı məlumat verdi. Xalqımızın haqq səsinin eşidiləcəyi və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız qələbənin uzaqda olmadığını bildirdi. Çıxışlardan sonra 31 Mart Azərbaycanlıların soyqırımı haqqında video lent və şagirdlərin hazırladığı ədəbi bədii kompozisiya nümayiş etdirildi.