Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda kənd təsərrüfatı işlərinin daha yüksək nəticəli olması üçün müşavirə keçirilib.

10 aprel 2017 | 16:00

İsmayıllı rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv inkişafı üçün işin təşkilinə elmi əsaslarla yanaşılır. Nəticə də onda özünü göstərib ki, keçən il 102 min tondan çox taxıl istehsal olunub. 165 hektarda sənaye üsulu ilə kartof əkilib, hektardan 50 ton məhsul götürülüb. Maldarlıq, quşçuluq, tərəvəzçilik, meyvəçilik və üzümçülükdə fərqli nəticələr əldə olunub. Baramaçılıq və tütünçülük bərpa edilib.
10 aprel 2017-ci il tarixdə rayon icra hakimiyyətində kənd təsərrüfatı işlərinin cari gedişi və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ötən ilin nəticələrindən və bu il üçün müəyyənləşdirilmiş proqnoz tapşırıqlardan ətraflı danışılıb.
Müşavirəni giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının, sahibkarların və fermerlərin fəallığı sayəsində bir sıra unudulmuş istehsal sahələri bərpa olunub. Əkin dövriyyəsinə qaytarılan sahələrin sayı artıb. Ənənəvi təsərrüfatçılıq sahələrinə daha diqqətlə yanaşılmağa başlanılıb. Taxılçılıqda bu ilki hədəfimiz bəllidir- keçən ildən artıq məhsul götürmək, 120 qutu barama toxumundan məhsul yetişdiriləcək, 15 hektarda tütün əkiləcək.
RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir ərazidə təbii imkanları, ehtiyac olan resurları, mövcud əkin sahələrini nəzərə almaqla fındıq bağı salınması, baramaçılıq və tütün əkilməsi ilə bağlı müəyyən edilmiş konkret tapşırıqları icraçıların diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov müşavirədə çıxış edərək bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Saatlı rayonuna etdiyi səfər zamanı keçirdiyi müşavirədə pambıqçılığın, ümumilikdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya icrası çox vacib olan vəzifələr qoyub. İsmayıllıda da bu vəzifələrin icrasına məsuliyyətlə yanaşılır. Baramaçılığın inkişafı ilə əlaqədar rayona 11 min tut tingi verilib. Fındıq bağlarının sahəsi 2 min hektara çatdırılacaq. Qeyd olunduğu kimi, 120 qutu toxumdan barama yetişdiriləcək. Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatı əhalinin əsas məşğulluq və gəlir gətirən sahəsinə çevriləcək.
Müşavirədə iştirakçıların təklifləri, mütəxəssislərin məsləhətləri də dinlənilib və müvafiq tədbirlər müəyyənləşdirilib.

Keçidlər