Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda İslam sivilizasiyasının təbliği ilə bağlı layihə icra edilib.

13 aprel 2017 | 16:00

      “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai birliyinin “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda  növbəti tədbiri aprelin 12-də İsmayıllıda reallaşıb.
    Peşə Tədris Mərkəzinin akt zalında baş tutan tədbirdə RİH-nin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər, din xadimləri, İsmayıllı Humanitar Texnologiya Kollecinin və Peşə Tədris Mərkəzinin tələbə və müəllim heyəti iştirak ediblər.
      Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov açıb. O, qeyd edib ki, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, istinad mənbəyi, inac yeri olub. Belə analoji tədbirlərin  keçirilməsinin gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verdiyini bildirib. M.Məhərrəmov ulu öndərin dövlət-din münasibətləri sahəsindəki siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin hökm sürdüyünü, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb.
        Təqdim olunan mövzu ilə bağlı “Jurnalist Araşdırmalar Mərkəzi” İB-nin sədri Seymur Verdizadə, “Türkiyə Universitetləri Məzunları” İB-nin sədri Çingiz Bayramov, jurnalistlər Səbinə Novruzzadə, Teyyub Mirqasımov, DQİDK-nin Şamaxı bölgəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Elnur Mehdiyev, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İB-nin sədri Şirinbəyim Atayeva çıxış edərək Azərbaycanda mövcud olan tolerant mühit, multikultural dəyərlər, ölkəmizdə hökm sürən sağlam mənəvi mühit, din sahəsində ölkə rəhbərinin apardığı uğurlu siyasət, “İslam Həmrəyliyi İli” ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr barədə tədbirə toplaşanlara ətraflı məlumat veriblər.
       Sonda verilən suallar cavablandırılıb.

Keçidlər