Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının üç aylıq yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

14 aprel 2017 | 16:00

      14 aprel 2017-ci il tarixdə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
    Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib. (Məruzənin mətni saytın “İcra Hakimiyyəti - Fəaliyyət” bölməsində yerləşdirilib.)
    Müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Rasim Orucov,rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şirvan bölgə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, rayon məşğulluq mərkəzinin direktoru Həsən Həsənov və mənzil istismar sahəsinin rəisi İsmayıl Tarverdiyevin çıxışları dinlənilib.
        Deyilən təklif və tənqidi qeydlər nəzərə alınmaqla hesabat iclası qərar qəbul edib.
    Hesabat iclasının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.

Keçidlər