Şriftin ölçüsü :

Saytın rəngi :

Arıçıların iştirakı ilə seminar-müşavirə keçirildi

22 may 2013 | 15:00

21 may 2013-cü il tarixində Aqrar məsələlər şöbəsinin təşəbbüsü ilə Rayon İcra Hakimiyyətində 30 nəfər arıçının iştirakı ilə seminar-müşavirə keçirildi. Müşavirədə rayonda arıçılığın hazırki vəziyyəti müzakirə edildi və qarşıda duran problemlər müəyyənləşdirildi. Qeyd olundu ki, hazırda rayonda 436 nəfər arıçılıqla məşğul olur ki, onların da təsərrüfatlarında 5491-dən çox arı ailəsi vardır.
Rayon Arıçılar İctimai Birliyinin sədri İslam Fətullayev arıçılıq məhsullarının qablaşdırılması, arıçılıq damazlıq təsərrüfatının rəhbəri İvan Kazakov rayonda bal bayramının, arıçı Mirzə Mirzəxanov avqust ayında bal satışı yarmarkasının keçirilməsini, mütəxəssis Akif Əsədov isə arıçı evinin təşkil olunması təkliflərini irəli sürdülər. Sonda Arıçılar İctimai Birliyinin 10 nəfərdən ibarət işçi qrupu formalaşdırıldı.

Keçidlər