Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatının rayon seçim turu
14 aprel 2017-ci il tarixdə Gənclər Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatının rayon seçim turu keçirilib.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov öz çıxışında gəncləri salamlayıb, onlara uğur arzulayıb. Görkəmli aftolmoloq Zərifə xanımın əsl ana, gözəl həyat yoldaşı, dərin zəkalı ziyalı, elm xadimi olduğunu gənclərin diqqətinə çatdırıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva rayon intellektuallarının ölkə səviyyəli uğurlarından bəhs edib.
16-29 yaşlı gənclər arasında keçirilən seçim turunda 20 komanda iştirak edib. Gərgin intellekt savaşında dörd komanda –Qubaxəlilli, İbrahim TAT, Diyallı və Ruşan komandaları finala vəsiqə qazanıb. Final oyununun nəticələrinə əsasən “İbrahim TAT” komandası I, Qubaxəlilli məktəbinin komandası II və Ruşan məktəbinin komandası III yeri qazanıblar.
Hər üç komanda rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Rayon birincisi kubokuna sahib çıxan “İbrahim TAT” komandası Ucar şəhərində keçiriləcək zona məhrələsinə vəsiqə qazanıb.