Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi Sevil Əhmədovanın yubiley yaşını təbrik edib.

15 aprel 2017 | 16:00

   15 aprel 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın yubiley yaşı rayon icra hakimiyyətinin kollektivi tərəfindən qeyd edilib.
    Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən rayon icra hakimiyyətində yenidən dövlət qulluğunda çalışmağa başlayıb. Bir neçə ildir ki, indiki vəzifəsini çox yüksək səviyyədə icra edir, dövlət qulluğunda nümunəvi qaydada çalışır.O, keçmiş fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülüb. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
       Bu yaxınlarda YAP rayon təşkilatının sədri vəzifəsi də Şura üzvü Sevil Əhmədovaya həvalə edilib.
         Yubiley tədbirini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Sevil xanımı ən xoş sözlərlə, gül dəstəsi və hədiyyələrlə təbrik edib. Kollektivin hər bir üzvü yubliyarın ünvanına səmimi təbriklər söyləyib.
          Sevil Əhmədova səmimi təbriklərə, xoş sözlərə göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, göstərilən etimadı ən yüksək səviyyədə çalışmaqla doğrultmaqda davam edəcəyini bildirib.

Keçidlər