Gənclər fəallaşır
Gənclərin arzuladığı gün gəlib çatıb, istədikləri meydan onlara verilib. Gənclər siyasi, ictimai, iqtisadi, ideoloji proseslərə daha geniş miqyasda cəlb olunurlar. Bu görüşlərin ən əhəmiyyətli tərəflərindən biri odur ki, tərəddüdlü mövqedən gənclər uzaqlaşırlar, bir-birini daha yaxından tanıyırlar, qüvvələri birləşdirə bilirlər, aralarında vəhdət, fikir, arzu və təkliflərinə, mövqelərinə rayon rəhbərliyi tərəfindən hörmətli yanaşma görəndə cəmiyyət üçün daha gərəkli olduqlarını düşünürlər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla gənclərin ilk görüşlərinə daha çox yuxarı sinif şagirdləri cəlb edilmişdisə, 18 may 2013-cü il tarixdə Heydər Əliyev mərkəzində keçirilən görüşdə orta məktəblə çoxdan vidalaşıb, ali təhsil alıb rayona qayıtmış gənclər çoxluq təşkil edirdi. Bu mənzərə bir zaman gənclərin lideri olmuş Mirdaməd müəllimin diqqətini cəlb etdi və elə başlanğıcda sözü gənclərə verdi. İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov, YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, YAP rayon təşkilatı gənclər birliyinin sədri Taleh Salehov çıxış edib təkliflərini verdilər, gənclərin təşkilatlanması və müasir idarəetməyə cəlb olunmaları üçün fikirlərini bildirdilər.
Çoxsaylı gənclərdən də səmərəli təkliflər eşidildi. Görüşdə qərara alındı ki, ümumrayon gənclər konfransının keçirilməsi üçün təşkilat komitəsi yaradılsın, bütün təkliflər ümumiləşdirilsin və icrası ilə ba