Şriftin ölçüsü :

Saytın rəngi :

Paralimpiyaçılarla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı görüşüb

25 aprel 2017 | 16:00

    IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına gəliblər. Burada idmançılar üçün lazım olan bütün məşq,məişət və iaşə şəraiti yaradılıb.
     25 aprel 2017-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çay süfrəsi arxasında paralimpiyaçılarla görüşüb.
    Cüdo komandasının baş məşqçisi, Olimpiya çempionu, Prezident təqaüdçüsü İbrahim İbrahimov komanda haqqında, təlim məşqlərin gedişi barədə məlumat verib. Qeyd edib ki, dövlətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı əhatəsində olan paralimpiyaçılar İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırlar. Cüdo yarışlarında 4 çəki dərəcəsində kişilər və 2 çəki dərəcəsində qadınlar İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Əminliklə deyirəm ki, yüksək nəticələr əldə edəcəyik.OİK-də yaradılan şərait, İsmayıllıda gördüyümüz sürətli inkişaf səviyyəsi də bizə yeni ruh verir.
   Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycana öz yüksək nəticələri ilə şöhrət gətirən paralimpiyaçıları salamlayıb, İsmayıllının sosial-iqtisadi inkişafı, təbiəti,kənd təsərrüfatı, qədim və müasir tarixi,sənətkarlığı, dövlət, gənclər və idman siyasəti sahəsində əldə etdiyi uğurları barədə ətraflı məlumat verib.Bildirib ki, Respublikanın Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi dövlətimizin beynəlxalq nüfuzunu bir daha artırır, Dünya nizamının düzümündə Azərbaycanın, Prezident İlham Əliyevin  iştirakını daha əhəmiyyətli edir. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın ən yüksək səviyyədə olan təşkilatçılığı hər birimizin bütün fəaliyyət istiqamətləri üçün  nümunədir. Əminik ki, cüdoçular da daxil olmaqla idmançılarımız İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə çatacaqlar.
   Görüşün sonunda komandaya xatirə hədiyyəsi təqdim olunub, şəkil çəkdirilib.

Keçidlər