Akademik Zərifə xanım Əliyevanın xatirə günü İvanovkada qeyd olunub.
22 iyul 1981-ci il tarixdə ümummilli lider Heydər Əliyev Zərifə xanım Əliyeva ilə birgə İsmayıllıya səfər etmişdi. İvanovka kəndində mehmanxana yenicə istifadəyə verilmişdi. İlk mehmanlar da Azərbaycanın siyasət və elm tarixinin bu iki korifeyi-Heydər Əliyev və Zərifə xanım Əliyeva olmuşdu.
İvanovkalılar işıqlı şəxsiyyət, tanınmış oftalmoloq, vəfalı həyat yoldaşı və güclü kişi arxasında duran güclü qadını,insanlara həyat nuru bəxş edən həkimi hörmətlə xatırlayır, həmişə yad edir, xatirəsini əziz tuturlar. Akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr edilmiş xatirə tədbiri bir daha bu fikirlərin həqiqət olduğunu təsdiqləyir.
İvanovka kənd xəstəxasında keçirilən tədbirdə baş həkim Marina Prokofyeva Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə məruzə etdi.
Məktəblilər və tibb işçiləri Zərifə xanıma, anaya, qadına həsr olunmuş hissiyyatlı şeirlər söylədilər.
İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə Olqa Jabina və veteran jurnalist Valeh Salehov çıxış etdilər.
İvanovka kəndi ilə yanaşı Topçu, Tircan, Qalacıq, Kürdmaşı, Hacıhətəmli, Qalınçaq, Qubaxəlilli kəndlərində, Basqal və Lahıc qəsəbələrində Akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr edilmiş xatirə tədbirləri keçirilmişdir.