Çernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
26 aprel 2017-cı il tarixdə saat 11 00 – da Rayon Mədəniyyət Mərkəzində Çernobıl faciəsinin 31-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.
Tədbiri RİH başçısının müavini Sevil Əhmədova açaraq Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra bu qəzanın ləğvində iştirak etmiş, sağlamlığa zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzaladığını xüsusi olaraq vurğulayıb.
Kamran Muradov, Aydın Əsədov, Məhərrəm Əhmədov, Məleykə Lətifova, Lətifə Əliyeva, Əlaləm Babayev və Çernobıl əlili Nizami Hüseynov çıxış edərək Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısından, onların pensiya və müavinətlərinin ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmasından, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməsindən danışıblar. Tədbirin sonunda Çernobıl əlilləri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
RİH tərəfindən Çernobıl əlillərinə maddi yardım edilib.
.